Şabranda dəhşətli yanğın: ikimərtəbəli ev külə döndü

Şabran rayonunda fərdi yaşayış evində baş verən yanğın söndürülüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Xırdaoymaq kənd sakini Zakir Alışova məxsus, ümumi sahəsi 176 kvadratmetr olan  2 mərtəbəli yaşayış evi külə dönüb. Ev sahibinin sözlərinə görə, ona ümumilikdə 30-35 min manat ziyan dəyib.

 

Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın söndürülüb, alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

 

Yanğının səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR