NATO Avropada qüvvələrini artırmağa hazırlaşır - RUSİYA İLƏ MÜHARİBƏ EHTİMALI

NATO-nun Avropadakı qüvvələrinin baş komandanı general Kertis Skaparotti Rusiyanı qitəyə təcavüzdən çəkindirmək üçün kəşfiyyat imkanlarının artırılmasını istəyib.

 

Senatda çıxışı zamanı general bildirib ki, hazırda NATO-nun Avropada 60 mindən artıq canlı qüvvəsi var və bu qüvvələrin sayını artırmaq lazımdır. O, Rusiya faktorunun təsirini azaltmaq üçün qitəyə əlavə zirehli tank diviziyalarının yerləşdirilməsini istəyib.

 

Skaparotti Rusiyanın öz nüvə arsenalını nəinki bərpa, hətta sürətlə inkişaf etdirdiyini deyib.

 

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Reks Tillerson NATO-nun Brüsseldəki mənzil-qərargahında çıxışı zamanı bildirib ki, alyans üzvləri Rusiyaya qarşı təzyiqləri artırmalı və Moskvanı məcburən Minsk razılaşmalarına yerinə yetirməyə məcbur etməlidir. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR