Liviyada neft daşımalarında problem yaranıb, qiymətlər bahalaşır
Liviyadan neft daşımalarında yaranan fasilə birjalarda "qara qızıl"ın qiymətinə pozitiv təsir göstərib. "Aş-Şarara" neft yatağından nəqlin dayanması nəticəsində ölkədə neft hasilatının həcmi 20 faiz azalaraq sutkalıq 560 min barelə enib. Liviya hasilatın azaldılması proqramının üzvü deyil, daşımalarda yaranan problemə qədər ölkədə gündəlik 700 min barel neft hasil olunurdu. Bazarda təklifin azalması səbəbindən birja iştirakçıları əsas diqqəti Liviyaya və ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminə dair ilk hesabata yönləndiriblər. Növbəti iki gün ərzində qiymətlərə bu iki amil ciddi təsir göstərəcək.
Son 24 saat ərzində birjalarda "Brent" markalı neftin maksimum qiyməti 51,90 dollar olub, səhər seanslarında bu rəqəm 51,62 dollara enib. Qərbi Texas nefti də uzun fasilədən sonra dəyərini bərpa etməyə çalışır. Sutka ərzində maksimum 48,67 dollardan satılan WTİ nefti hazırda 48,59 dollara təklif olunur.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA