Ailəsini məhv etmək istədi, oğlunu çəkiclə döyüb öldürdü - SABİRABADDA DƏHŞƏT
Sabirabadda ata azyaşlı oğlunu amansızlıqla öldürüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı oğlunu xüsusi amansılıqla qətlə yetirib.
Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın ondan olmadığını iddia edib. Onların arasında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də, o, qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.
Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşıdrma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA