İŞİD İrana cihad elan etdi - DƏHŞƏTLİ HƏDƏLƏR

İŞİD İrana qarşı cihad elan edib. APA TV-nin məlumatına görə, terrorçular sosial şəbəklərdə yeni video yayımlayıb.

Videoda fars dilində danışan bir terrorçu İranda sünni məzhəbindən olan insanlara divan tutulduğunu iddia edir və onları İran hakimiyyətinə qarşı silahlı üsyana səsləyir.  

İŞİD İran torpaqlarını fəth edəcəyini və bu coğrafiyanın əhalisini yenidən sünniləşdirəcəyini bildirir. Bundan başqa İran hakimiyyəti ilə əməkdaşlıq edən sünnilərin edam ediləcəyi qeyd olunur.

İran mənbələri isə terrorçu qruplaşmanın bu bəyanatını aldığı ağır məğlubiyyətlərdən sonra İŞİD-in döyüşçülərinə həvəs vermə niyyəti kimi qiymətləndirib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR