Putin və Ruhani Kremldə Xəzərin hüquqi statusunu müzakirə etdilər

Rusiya və İran prezidentləri Moskvada Xəzərin hüquqi statusuna dair məsələni müzakirə edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiyada səfərdə olan Həsən Ruhani həmkarı Vladimir Putinlə Xəzərin hüquqi statusuna dair Konvensiyasının hazırlanması ilə bağlı sənədlərə yenidən baxıblar. 
 

V. Putin bu il Astanada keçiriləcək Xəzəryanı ölkə başçılarının V sammitində Xəzərin hüququ statusu ilə bağlı Konvensiyanın hazırlanmasının tez bir zamanda başa çatdırılmasının məqsədəuyğunluğunu qeyd edib.

 

Xatırladaq ki, Rusiya və İran prezidentlərinin birgə bəyanatında da Xəzər regionunda əməkdaşlığa dair bənd yer alıb. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR