Salyan sakinindən 7 kiloqrama yaxın narkotik vasitə götürülüb

Salyan sakinindən 6,6 kiloqramdan çox narkotik vasitə götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 1965-ci il təvəllüdlü  Salyan rayonu Qaraçala qəsəbə sakini, Məmmədov Elşən Ağalar oğlunun fərdi yaşayış evinə baxış keçirilərkən oradan 4 ədəd kağız bükümdə, ümumi çəkisi 7,72 qram narkotik vasitə olan çətənə bitkisinin toxumları aşkar edilib.


Daha sonra evdə əməliyyat axtarışı zamanı  mətbəxdən 1ədəd kağız bükümdə təmiz çəkisi 0,33 qram narkotik vasitə olan çətənə toxumu, 1 ədəd bıçaq, 4 ədəd döyüş sursatı hesab edilən patron aşkar edilərək götürülüb.

Yaşayış evinin 2-ci mərtəbəsindəki yataq otağından 3 ədəd polietilen kisədə ayrı-ayrılıqda təmiz çəkiləri 1 kq 305 qram, 1 kq 255 qram və 995 qram olmaqla, ümumi çəkisi 3 kq 555 qram narkotik vasitə olan tiryək, yataq dəstinin altındakı şkafdan 1 ədəd iri polietilen kisədə təmiz çəkisi 2 kq 370 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, həyətyanı sahədəki yardımçı tikilidən 14 ədəd kibrit qutusunda qablaşdırılmış, ümumi çəkisi 48,65 qram qurudulmuş marixuana, 1 ədəd kiçik polietilen torbada ümumi təmiz çəkisi 89,79 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 

Daha sonra Elşən Məmmədovun idarə etdiyi “Mersedes” markalı 52 BH 977 dövlət qeydiyyat nişanlı avtomaşından  qurudulmuş marixuana aşkar edilərək götürülüb. Ümumilikdə onun evindən və avtomobildən 6 kq 603 qram narkotik vasitə götürülüb.

Faktla  bağlı Salyan RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR