Lənkəran sakini müəllimə işləyən arvadını öldürüb

Lənkəranda ər arvadını qətlə yetirib. APA TV-nin Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb. Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 48 yaşlı

Əliyeva Maygül Daməd qızı, əri 49 yaşlı Əliyev Rüfət Akif oğlu tərəfindən qətlə yetirilib. O, ailə munaqişəsi zəmnində həyat yoldaşınının bel ilə başına zərbələr endirərək öldürüb və hadisə yerindən qaçıb.Hazırda qətli törədən şəxsin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR