Prezident Saatlıda bir sıra obyektlərin açılışında iştirak edib

Azərbaycan prezidenti İlham Əliyev Saatlı rayonuna səfər edib.

 

APA TV-nin məlumatına görə, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

 

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verib.

 

Səfər çərçivəsində prezident İlham Əliyev Saatlıda “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

 

Bundan başqa bu gün rayonda Saatlı-Sarıcalar-Qara Nuru-Şirinbəyli-Fətəlikənd-Azadkənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

 

Azərbaycan prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

 

Prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

 

Dövlət başçısı Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub.

 

Bu gün Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.

 

Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə iştirak edib.

 

Dövlət başçısı müşavirədə nitq söyləyib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı

OXŞAR XƏBƏRLƏR