Güclü külək Şəmkirdə ciddi fəsadlara yaradıb

Ötən gecə Qərb bölgəsində müşahidə olunan küləkli hava Şəmkir rayonunda da fəsadlar yaradıb. APA TV-nin yerli bürosunun məlumatına görə, güclü külək rayonunun Muxtariyyə kəndində tərəvəz bitkilərinin becərildiyi istixanaların üstünə çəkilən sellofan örtükləri tamamilə yararsız hala salıb.

Hələlik dəyən ziyanın miqdarı məlum deyil. Rayon Fövqəladə Hallar Komissiyası dəyən ziyanın miqdarını müəyyənləşdirir. Bundan başqa güclü külək səbəbindən rayonun elektrik təsərrüfatında da bir sıra fəsadlar yaranıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi müvəqqəti olaraq dayandırılıb. Görülən qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında elektrik enerjisinin verilişi tam bərpa olunub.

Şəmkir Elektrik Şəbəkəsindən verilən məlumata görə, hazırda bütün kəndlər tam olaraq elektrik enerjisi ilə təmin olunub, küləyin fəsadları aradan qaldırılıb.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR