Avropa Məhkəməsi "Rosneft"ə qarşı sanksiyaları tanıdı
Avropa İnsan Haqları Məhkəməsi Avropa İttifaqı tərəfindən bir sıra Rusiya şirkətlərinə qarşı qəbul edilmiş sanksiyaların qanuni olduğuna qərar verib. Məhkəmənin qərarı ilə qlobal depozit daxilolmaları və "köhnə" səhmlərin emissiyasına məhdudiyyətlər tətbiq edilir. Eyni zamanda Avropa Məhkəməsi ədalətli şəkildə göstərib ki, Avropa İttifaqının sanksiyaları şirkətin bank ödənişlərini məhdudlaşdıra bilməz.
Qeyd edək ki, Avropa Məhkəməsi Ukraynadakı vəziyyətlə əlaqədar "Rosneft"lə bərabər Rusiyanın bir sıra şirkətlərinə qarşı tətbiq edilən sanksiyaları tanıyıb.
Məsələyə münasibət bildirən "Rosneft" isə Avropa İttifaqının qərarını qanunsuz və siyasi adlandırıb. Şirkətin açıqlamasında deyilir ki, Avropa Məhkəməsi sanksiya tətbiq etmək üçün heç bir əsas göstərməyib. "Sanksiya rəqabətlə mübarizədir və biznes risklərinin yaradılması məqsədi daşıyır. "Rosneft" Ukrayna da daxil olmaqla, fəaliyyət göstərdiyi heç bir yerdə qanunsuz addım atmayıb və Ukraynadakı böhranla heç bir əlaqələri yoxdur". Sitatın sonu.
Qeyd edək ki, Avropa İnsan Haqları Məhkəməsi sanksiyanı Aİ ölkələrinin "Rosneft"ə qarşı iddiası əsasında qəbul edib.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA