Əməkdar artist Firuz Xudaverdiyev vəfat edib
Əməkdar artist Firuz Xudaverdiyev dünyasını dəyişib. Mərhumun ailəsindən APA-ya verilən məlumata görə, aktyor bu gün evində vəfat edib.
Firuz Xudaverdiyev bədxassəli şişdən əziyyət çəkirdi. O, bu gün Qobu qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Firuz Xudaverdiyev 1939-cu ildə Bakının Qobu kəndində anadan olub. O, Akademik Milli Dram Teatrının truppasına 1976-cı ildə qəbul olunub və müxtəlif dərəcəli obrazlar yaradıb. Aktyor 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Firuz Xudaverdiyev 20-dən artıq filmdə, o cümlədən, “Pəncərədə işıq”, “Biz qayıdacağıq”, “Günaydın mələyim” və s. ekran əsərlərində çəkilib.
OXŞAR XƏBƏRLƏR
17:05
366
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
491
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
488
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1119
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1200
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1723