Bərdədə ağır yol qəzası: 8 yaralı var, 5-i azyaşlıdır

Bərdədə 8 nəfərin xəsarət alması  ilə nəticələnən  yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə,hadisə Yevlax-Ağdam avtomobil yolunun Bərdə rayonunun Divanlı kəndi ərazisindən keçən hissəsində baş verib

"VAZ 2107" markalı  10-BE-282 dövlət nömrə nişanlı avtomobillə, eyni markalı 66-BF-767 dövlət nömrə nişanlı avtomobilin sürücüləri idarəetməni itirərək yolun kənarındakı betona çırpılıblar.

Hadisə nəticəsində hər iki avtomobildə olan sərnişinlər - Bərdə rayon Güloğlular kənd sakinləri 18 yaşlı Allahverdiyev Fariz Taliş oğlu, 10 yaşlı Bayramov Bayram Rövşən oğlu, 5 yaşlı Əlizadə Kənan Müşfiq oğlu,  4 yaşlı Əlizadə Sənan Muşfiq oğlu,  Bərdə rayon Cəyirli kənd sakini, 28 yaşlı Məmmədov Ramin Sabir oğlunun idarə etdiyi avtomobildə özü və ailə üzvləri - həyat yoldaşı  27 yaşlı Məmmədova Türkan Piriş qızı, övladları 7 yaşlı Məmmədzadə Leyla Ramin qızı, 9 aylıq Məmmədov Məhəmmədəli Ramin oğlu müxtəlif bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına  yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR