"Karlos Şakal" 3-cü dəfə ömürlük cəzaya məhkum edilir - "ƏSRARƏNGİZ İŞ"
Fransada 1974-cü ildə Parisin "Draqstor" qalereyasında 2 nəfərin ölümü, 30 nəfərin yaralanması ilə nəticələnən terror aktında əli olmaqda təqsirləndirilən "Karlos Şakal" ləqəbli İliç Ramires Sançesin məhkəmə prosesi davam edir.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, prosesdə prokuror hakimdən 67 yaşlı "Karlos Şakal"ın ömürlük həbslə cəzalandırılmasını tələb edib. Onun özü isə ittihamı qəbul etmir və prosesi "əsrarəngiz iş" adlandırır.
Venesuela sakini "Karlos Şakal" "soyuq müharibə" dövründə özünün Fələstin üsyançıları ilə əlaqələri nəticəsində tanınmağa başlayıb. Eyni zamanda onun dünya ölkələrində baş verən çoxsaylı cinayət hadisələrinin sifarişçisi olduğu da ehtimal edilir.
"Karlos Şakal" 1975-ci ildə iki polis əməkdaşınıт qətlində, habelə 80-ci illərin əvvəlində Paris və Marsel şəhərlərində qatarlarda törədilən silsilə partlayışlarda təqsirli bilinərək, iki dəfə ömürlük həbs cəzasına məhkum olunub. Xatırladaq ki, həmin hadisələrdə 11 nəfər ölüb, 150 nəfər yaralanıb.
Qeyd edək ki, "Karlos Şakal" Fransaya 1994-cü ildə həbs olunduğu Sudandan ekstradisiya olunub. Məhkəmənin yekun qərarının isə çərşənbə axşamı elan ediləcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA