Tovuzda quş oğrusu ələ keçdi

Tovuzda ev quşları oğurlayan şəxs tutulub. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, polis tərəfindən aparılan əməliyyat-axtarış işlərindən sonra rayonun Əlimərdanlı kənd sakini, 21 yaşlı İsmayıl Verdiyev şübhəli şəxs qismində istintaqa cəlb olunub.

 

Dindirilmə zamanı məlum olub ki, İsmayıl Verdiyev müxtəlif vaxtlarda kənddəki bir neçə evin hinindən ev quşları oğurlayıb. İsmayıl Verdiyev məhkəmə qərarı ilə inzibati qaydada cəzalandırıb. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR