Gürcüstana yaşıl işıq - AVROPAYA VİZASIZ GEDƏCƏKLƏR
Martın 28-dən etibarən biometrik pasporta malik Gürcüstan vətəndaşları Avropa İttifaqı ölkələrinə vizasız səyahət edə biləcəklər.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bununla da sözü gedən dövlətin ümumvətəndaşlıq pasportuna malik olan şəxslər "Şengen zonası"na daxil 22 dövlətə, o cümlədən ittifaq üzvlüyünə namizəd - Bolqarıstan, Kipr, Rumıniya və Xorvatiyaya, eləcə də qeyri-üzvlər - İslandiya, Lixtenşteyn, Norveç və İsveçrəyə viza tələb olunmadan gedəcək.
Bununla belə, onların adı çəkilən ölkələrin ərazisində qalmaq hüququ altı ayda ümumilikdə 90 gün müddətinə məhdudlaşdırılır. Səyahət səbəblərinə gəlincə, bu səbəblərə yaxın qohumları ziyarət, biznes görüşləri, treninq, mədəni tədbirlərdə iştirak daxildir. Yəni, vizasız səyahət hüququ ölkə vətəndaşlarına iş və ya təhsil hüququ vermir.
Qeyd edək ki, Gürcüstanla Avropa İttifaqı arasında vizasız rejimin tətbiqini nəzərdə tutan saziş cari ilin 1 mart tarixində Brüsseldə imzalanıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA