OPEK-in toplantısı neftin qiymətinə pozitiv təsir göstərmədi
Küveytdə OPEK üzvləri və digər neft ölkələrinin neft hasilatının azaldılmasına dair monitorinq komitəsinin iclası "qara qızıl"ın qiymətinə pozitiv təsir edə bilməyib. OPEK-in baş katibi Məhəmməd Barkindo müzakirələrin yüksək səviyyədə keçməsindən razılıq bildirsə də, bu, sərmayədarların neftin qiymətinə dair ehtiyatlı yanaşmasını aradan qaldırmayıb. Bəzi OPEK üzvləri hasilatın azaldılmasına dair sazişin müddətini uzatmaq təklifi ilə çıxış etsə də, Rusiyanın energetika naziri Aleksandr Novak bildirib ki, hələlik sazişin müddətinin artırılmasına ehtiyac duyulmur.
Birja iştirakçıları hesab edir ki, ABŞ-ın neft hasilatını artırması fonunda Rusiya və OPEK yenidən neft bazarları uğrunda mübarizəyə başlayacaqlar. Qeyd edək ki, ABŞ-da şist nefti hasil edən buruqların sayı 650-ni keçib. Bu, 2015-ci ilin sentyabrından sonra qeydə alınan ən yüksək rəqəmdir.
Bu amillər bazarda neftin qiymətini təzyiq altında saxlayır. Hazırda "Brent" markalı neftin bir bareli 51,16 dollardan satılır, Qərbi Texas nefti isə 48,03 dollardan təklif olunur. Bu gün ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcminə dair növbəti hesabat açıqlanacaq, ehtiyatların həcminin bu dəfə də artacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA