Dolların kursu dəyişmədi, lirə və lari ucuzlaşdı - YENİ MƏZƏNNƏ

Azərbaycan Mərkəzi Bankı bayram günlərindən sonra xarici valyutaların ilk məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının qiyməti dəyişməyib, avro, rubl və funt sterlinq bahalaşıb, lirə və lari isə ucuzlaşıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dolları 1,7201 manat, 1 avro 1,8691 manat, 1 funt sterlinq 2,1619 manat, 100 gürcü larisi 70 manat 44 qəpik, 100 türk lirəsi 47 manat 61 qəpik, 1000 Rusiya rublu 30 manat 30 qəpikdir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnəsini həftə içi hər gün yeniləyir, həftə sonu isə üç günlük məzənnə açıqlayır. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR