Güclü külək Tovuzda dağıntılar törədib

Tovuzda gecə saatlarında əsən güclü külək fəsadlar törədib. APA TV-nin qərb bürosunun məlumatına görə, təbii fəlakət nəticəsində rayon mərkəzində və ətraf kəndlərdə bir neçə evin dam örtüyünə, eləcə də hasarlarına ziyan dəyib. İki evin həyətində hasar küləyin gücündən uçub. Külək rayon mərkəzindəki piyada keçidinin tavanını da dağıdıb.

 

Bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Külək əsən müddətdə rayonun Sadəddin Məmmədov küçəsi, 3 ünvanındakı mənzildə yanğın olub. Alov Elmira Məmmədovaya məxsus evin yardımçı tikilisində qeydə alınıb. Ev sahibinin dediyinə görə, yanğına elektrik naqillərindəki qısaqapanma səbəb olub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR