İsmayıllıda müəmmalı yanğın

İsmayıllı rayonunda yanğın hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə martın 27-də axşam saatlarında rayonun Aşağıbaş kəndində qeydə alınıb. Kənd sakini, 58 yaşlı Ağayev Təvəkkül Məmmədağa oğluna məxsus ümumi sahəsi 85 kv. metr olan mal-qara tövləsi naməlum səbəbdən yanıb. Hadisə yerinə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı tövlə və onun çardağındakı çəkisi 4 ton olan 200 ədəd ot bağlaması yanıb. Alovun yanan tövləyə yaxın məsafədə yerləşən qonşu fərdi yaşayış evinə keçməsi təhlükəsi olsa da, ev yanğından mühafizə edilib. Hələlik yanğının səbəbləri məlum deyil.

 

Zərərçəkən Təvəkkül Ağayev APA TV-yə bildirib ki, həyətdə yaşayış olmadığı üçün tövlədən istifadə edilmir, elektrik xətti də yoxdur. Onun iddiasına görə, tövləsi naməlum şəxs tərəfindən qəsdən yandırılıb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR