Dünyanın ən çox qazanan futbolçu və məşqçilərinin adları açıqlandı
Dünyanın ən çox qazanan futbolçularının siyahısı açıqlanıb. APA TV-nin məlumatına görə, “France Football” jurnalının tərtib etdiyi siyahının ilk pilləsində Madridin “Real” klubunun və Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldu qərarlaşıb. 32 yaşlı futbolçu ötən il ərzində 87,5 milyon avro qazanıb. İkinci yeri “Barselona” klubunun və Argentina millisinin futbolçusu Lionel Messi tutur. Onun 1 ildəki gəliri 76,5 milyon avro olub. Üçlüyü “Barselona” klubunun və Braziliya millisinin futbolçusu Neymar tamamlayır - 55,5 milyon avro.
Ən çox məvacib alan məşqçilərin siyahısına “Mançester Yunayted” klubuna rəhbərlik edən portuqaliyalı Joze Mourinyu başçılıq edir. Onun illik qazancı 28 milyon avrodur. İkinci pillədə Çin yığmasının çalışdırıcısı italiyalı Marçello Lippidir - 23,5 milyon avro. PSJ klubunun sabiq baş məşqçisi Loran Blan 20 milyon avro ilə 3-cü pillədədir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA