Quba-Qusar yolunda dəhşətli qəza: 2 ölü, 5 yaralı

Quba-Qusar yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun xəbərinə görə, hadisə yolun 7-ci kilometrliyində qeydə alınıb. 

 

VAZ-2107 və BMW markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb. Ölən şəxslər 1983-cü il təvəllüdlü Şahmirzəyev Ruslan Mirzəbala oğlu və Novruz Vahidlidir.

 

Xəsarət alan 5 nəfər Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Üç yaralı  ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb, 2 nəfərin müalicəsi isə xəstəxanada davam etdirilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR