Berlin muzeyindən çəkisi 100 kq olan qızıl sikkə oğurlandı - KURYOZ
Berlinin "Bode" muzeyindən nominal dəyəri 1 milyon dollar olan qiymətli sikkə oğurlanıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə martın 26-dan 27-nə keçən gecə baş verib.
Oğurlanan qiymətli eksponatın üzərində İngiltərə kraliçası II Yelizaveta təsvir olunub. 100 kiloqram ağırlığındakı bu qiymətli əsərin hazırlanması isə 3,7 milyon dollara başa gəlib.
Baş vermiş hadisədə əsas diqqət çəkən məqam isə qarət olunan bu sikkənin başqa bir muzeyin ekspozisiyasından bir neçə günlük nümayiş üçün "Bode"yə gətirilməsidir.
Qeyd edək ki, hazırda polis hadisəni törədənləri axtarır.
OXŞAR XƏBƏRLƏR
17:05
364
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
490
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
487
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1119
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1200
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1723