Seyran Ohanyan: "Həbs oluna bilərəm, çünki Ermənistanda yaşayıram"

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan həbs olunacağını istisna etməyib.

 

APA TV-nin məlumatına görə, bu fikirləri o, erməni mətbuatına açıqlamasında səsləndirib.

 

"İstisna etmirəm ki, məni də həbs edəcəklər. Lakin mənim indi bu kimi məsələlərə ayıracaq vaxtım yoxdur" - deyə, S. Ohanyan bildirib.
 
Bununla yanaşı o, hələlik bu istiqamətdə yazılanları dezinformasiya adlandırıb. Sabiq müdafiə naziri hazırda ölkəsində olduğunu, siyasi proseslərdə aktiv iştirak etdiyini xatırladaraq, Ermənistan kimi ölkədə hər şeyin mümkün ola biləcəyini qeyd edib.

 

Xatırladaq ki, bu yaxınlarda DQR-in sabiq müdafiə naziri Samvel Babayan dövlət çevrilişinə, eləcə də Serj Sarkisyanın helikopterinin vurulmasına cəhd ittihamları ilə həbs olunub.



 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR