Mikayıl Müşfiqin büstü yerinə qaytarıldı

"Günlərdir, söz-söhbətə səbəb olan Mikayıl Müşfiqin büstü nəhayət ki, bu gün öz yerinə qaytarıldı".

 

“Azəravtoyol” ASC-nin  layihə idarəetmə qrupunun direktor müavini Zakir Paşayev bildirib ki, bir neçə gün müddətində postament mərmər daşı ilə üzlənəcək və  memarlıq layihəsinə uyğun olaraq, ətrafın abadlaşdırılması həyata keçiriləcək: "Abidənin üzərindəki yazılar da, ətrafda abadlıq işləri də, hamısı bərpa olunacaq. Abidə əvvəlki kimi yerində olacaq.  Abidə Statistika Komitəsinin qarşısındakı dairə ətrafında avtomobil yollarının yerində qurulması işləri ilə əlaqədar götürülmüşdü".

 

Zakir Paşayevin sözlərinə görə, təmir tikinti işləri tam yekunlaşdıqdan sonra Mikayıl Müsfiq abidəsinin açılışı olacaq.

 

Qeyd edək ki, büstün götürülməsi böyük səs-küyə səbəb olmuş və cavabdeh olan 3 nəfəri cəzalandırılmışdı. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR