İŞİD strateji mövqeləri itirir - CÜMLƏLƏR DANIŞIR

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Gücləri Rəqqa yaxınlığında yerləşən əsas aviabazaya nəzarəti tam ələ keçirib.

Suriya Demokratik Güclərinin sözçüsü bildirib ki, Tabqa hava limanını terrorçulardan təmizləyiblər.

Vətəndaş hüquqlarının müdafiəsi qrupları bölgədə yaşayan vətəndaşların həyatı üçün hələ də təhlükə qaldığını deyir.

Böyük Britaniyada yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə Qrupu bildirir ki, münaqişə bölgəsində həyata keçirilən hava hücumları nəticəsində son bir həftə ərzində 89 dinc sakin öldürülüb.

Tabqa Rakka şəhərinə gedən yolda İŞİD-in sonuncu böyük dayağıdır.

Tabqa aviabazası 2014-cü ildə İŞİD tərəfindən ələ keçirilmişdi. 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR