Bakı sakinləri millimizin Almaniyaya məğlubiyyətini necə dəyərləndirir? - "GÜCÜMÜZ BUNA ÇATDI"

Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyunu keçirib. Bakıda Almaniya millisinə 4:1 hesabı ilə məğlub olan komandamızda yeganə qolu 31-ci dəqiqədə Dmitri Nazarov vurub. Oyun çoxdan bitsə də, sosial şəbəkələrdə millimizin oyunu ilə bağlı müzakirələr bitmək bilmir. Komandamızın oyunundan razı qalanlar da olub, narazı qalanlar da...

 

 - Uşaqların oyunu yaxşı idi. Sadəcə olaraq, fiziki hazırlıq daha güclü olsaydı, biz Almaniya komandası ilə bərabər oynaya bilərdik. Amma əfsuslar olsun ki,  hələ də millimiz o qədər də güclü deyil. Bizdə müdafiədə problemlər var. Düzdür, indi vuran ayaqlarımız var, buraxılmış qollarda da yalnız müdafiənin səhvləri var idi.  Eyni zamanda bu, balaca bir qələbə kimidir, çünki, Almaniya kimi komandaya top vurmaq fəxrdir.

 

 - Çox pis.

 

- Gücləri ona çatdı da. İstəyərdik udsunlar, amma uduzdular.

 

- Sosial şəbəkədə ancaq iki oyunçunu pislədilər. O iki oyunçu oynamadı, qalan 9 oyunçu ilə oynadıq. Ən azından tarixdir.  9 aydan sonra almanlar bizdən qol buraxdı.

 

- Yenə belə baxanda yaxşıdır 4-1. Almanlara heç bir komanda qol vurmayıb. Biz vurmuşuq, sevinirəm.

 

- Almaniya millisinin qapısına qol vurublarsa, çox yaxşı. İrəliləyiş var. Bir iki oyunçunu çıxmaq şərti ilə zəif oynadılar. Mən fikirləşdirdim ki, heç olmasa heç-heçə oynayarlar.

 

- Bu dəfə yaxşı oynadılar, digər oyunlarından fərqli olaraq.  Düzdür, qələbəyə inanırdım. Sizə bir şey deyim ki, hətta yuxuda da görmüşdüm eyni hesaba yaxın, 3-1 görmüşdüm. Yenə də almanların qarşısında bu cür davam gətirmək  hətta ikinci hissəni bur cür inamlı oynamaq yaxşıdır, millimiz irəli gedib. Orada İsmayılov, Mirzəbəyov bi az zəif oynadı. Müdafiədə həmişəki boşluqlar yenə də vardı. Ümumi şəkildə yaxşı idi.

 

- Ümuməni millimiz bəzi epizodlarda yaxşı oynadı, Almaniyanın dünya çempionu olmağı da nəzərə almaq lazımdır.  

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR