Moskvada saxlanılanların sayı 1000-i ötdü, həbslər davam edir

Rusiya paytaxtındakı iğtişaşlar zamanı saxlanılanların sayı 1030 nəfərə çatıb.

 

APA TV-nin Rusiya mənbələrinə istinadən məlumatına görə, həmin şəxslər Rusiya İstintaq Komitəsi tərəfindən dindirilib. Daha sonra onların bir qismi sərbəst buraxılıb.

 

Bu arada, Moskva şəhəri üzrə Daxili İşlər Baş İdarəsindən faktla əlaqədar cinayət işi üzrə istintaqın davam etdiyi, zəruri prosesual hərəkətlərin həyata keçirildiyi qeyd edilib.

 

Xatırladaq ki, ABŞ Dövlət Departamenti və Avropa İttifaqı rəsmi Moskvanı etiraz aksiyası zamanı saxlanılan müxalifət liderlərini azad etməyə çağırıb.

 

Qeyd edək ki, Moskvada müxalifətin şəhər meriyası ilə razılaşdırılmamış aksiyası keçirilib, polislə qarşıdurmalar olub. Qarşıdurmalar ölkənin bir neçə şəhərində Moskva müxalifətinə dəstək məqsədi daşıyan aksiyalarda da qeydə alınıb.

 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR