Kürdəmirdə yük maşını piyadanı vurdu
Kürdəmir rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun 180-ci kilometrliyində, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.
Qax rayon sakini, 1981-ci il təvəllüdlü Rəsul Namiq oğlu Yusifov idarə etdiyi "Mercedes" markalı yük maşını ilə yolu keçən piyada 1998-ci il təvəllüdlü Hilal Kamal oğlu Qəniyevi vurub. Ağır xəsarətlər alan piyada Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və təhqiqat Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:05
422
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
546
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
542
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1122
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1202
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1726