Türklərin partiyası Bolqarıstan parlamentində üçüncü oldu
Martın 26-da Bolqarıstanda keçirilən parlament seçkilərin ilkin nəticələri məlum olub.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, aparılan sorğulara əsasən, "Vətəndaşlar Bolqarıstanın Avropayönümlü İnkişafı Uğrunda" partiyası 32,8 faizlik səslə lider mövqedə qərarlaşıb.
İkinci və üçüncü pillələrdə isə Rusiyameylli mövqeyi ilə seçilən Bolqarıstan Sosialist Partiyası 28 faiz səs toplayıb. Türklərin "Hüquq və Azadlıqlar Uğrunda Hərəkat" bloku 9,7%, "Birləşmiş Vətənpərvərlər" 9,5%, "Volya" partiyası 5,1 faiz səs toplayıb. Digər partiyalar 4 faizlik baryeri aşa bilməyiblər.
Xatırladaq ki, 240 yerlik Bolqarıstan parlamentinə seçkilərdə 13 siyasi partiya, 9 koalisiya, 21 təşəbbüs qrupunu təmsil edən 5000-dən çox namizəd iştirak edib.
Seçkilərin yekun nəticələri bu gün açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA