Canavarlar 2 metrlik daş hasarı aşaraq qoyunları aparır - ZƏRDABDA MÜƏMMA
Zərdab rayonunda kəndə hücum edən vəhşi heyvanlar bir gecədə iki fərdi təsərrüfata ziyan vurub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Bıçaqçı kəndində baş verib.
Kənd sakini, 1965-ci il təvəllüdlü Kamran Kamal oğlu Musayevin fərdi təsərrüfatına təxminən iki metrlik daş hasardan keçərək hücum edən vəhşi heyvanlar 3 baş heyvanı parçalayıb, 33 başa müxtəlif dərəcəli xəsarət yetirib və 7 qoyunu sürüyüb aparıb.
Həmin gecə digər kənd sakini, 1963-ci il təvəllüdlü Kazım Məhəmməd oğlu İbrahimova məxsus təsərrüfata hücum edən vəhşi heyvanlar bir heyvanı tələf edib bir başı yaralayıb.
Sakinlər hətta gündüz saatlarında da vəhşi heyvanların kənddə göründüklərini deyir. Onların sözlərinə görə, son 20 gün ərzində təkcə Bıçaqcı kəndində vəhşi heyvanlar 35 baş xırda buynuzlu heyvanı parçalayıb, 50-dən artıq heyvana müxtəlif xəsarətlər yetirib, 20-dən artıq heyvan yoxa çıxıb.
Yoxa çıxan heyvanların canavarlar tərəfindən aparıldığı ehtimal olunur. Təsərrüfat sahibləri analoji hadisələrin tez-tez baş verdiyini və bu cür halların qarşısını almaqda aciz olduqlarını bildirirlər.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA