Neft həftəyə ucuzlaşma ilə başladı

Birjaların ilk hərraclarında neftin qiyməti bahalaşmağa başlasa da, sonradan yenidən dəyər itirib. İlk saatlarda "Brent" markalı neftin qiyməti 51,19 dollara çatsa da, sonradan qiymət cümə günü səviyyəsinə - 50,87 dollara enib.

 

Qərbi Texas nefti də ciddi dəyər itirir. Həftə sonu fasiləsindən sonra WTİ nefti adətən dəyər qazansa da, bu dəfə əks proses müşahidə olunur. Ötən həftəni 48,10 dollarla başa vuran Qərbi Texas nefti hazırda 47,82 dollardan satılır.

 

Birjalardakı tərəddüdlər OPEK üzvləri ilə kartelə üzv olmayan neft ölkələrinin Küveyt görüşündən gözləntilərlə bağlıdır. Dünən başlanan görüşdə hasilatın azaldılmasına dair öhdəliklərin icra vəziyyəti və razılaşmanın müddətinin uzadılması təklifi müzakirə olunur. Müvafiq razılaşmanın əldə edilməsi neftin qiymətinə pozitiv təsir edə biləcək əsas məqamdır. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR