Rəqqaya hücum başladı: ABŞ -dan güclü dəstək, İŞİD aeroportu əldən verdi
"Suriya Demokratik Qüvvələri" ölkə ərazisində İŞİD-in özünə paytaxt elan etdiyi Rəqqa şəhərinə hücuma başlayıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Rəqqanın yaxınlığındakı Tabqa hərbi aerodromu İŞİD-dən geri alınıb.
Kürd və ərəb döyüşçülərindən ibarət bu qruplaşmanın hücumu nəticəsində İŞİD-in Rəqqanın cənub-qərb istiqamətində geri çəkilmək üçün nəzarət etdiyi yol bağlanıb. "Suriya Demokratik Qüvvələri"nə başda ABŞ olmaqla beynəlxalq koalisiyanın güclü dəstək verdiyi qeyd olunur.
Qruplaşmanın tərkibindəki kürd silahlı dəstələrinin hücumu davam etdirdiyi deyilir.
Hərbi aerodrom iki ildən artıqdır İŞİD-in nəzarətindədir. Bu ərazidən terrorçular təlim məqsədi ilə istifadə edib. Tabqada vətəndaş müharibəsinə qədər 100 min sakin yaşayıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA