Braziliyadan "güclü" çıxdıq: Azərbaycan - Almaniya 1:4
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. APA TV-nin məlumatına görə, Azərbaycan millisi güclü Almaniya yığmasını Tofiq Bəhramov adına stadionda qəbul edib.
İtaliyalı hakimlər briqadasının nəzarəti altında başlayan matçın ilk dəqiqələrindən almanlar üstünlüyü ələ alıb. 4 qat dünya çempionları qarşısında futbolçularımız cəmi 19 dəqiqə qapımızı toxunulmaz saxlamağa müvəffəq olub. Şürrle hesabı açıb.
Qoldan sonra Azərbaycan millisi bir neçə dəfə əks-hücum təşkil etməyə nail olub və bu öz bəhrəsini 12 dəqiqə sonra verib. Nazarov gözəl zərbə ilə 687 dəqiqə sonra Almaniyanın qapısına yol tapıb.
Yığmamızın hesabda irəli çıxmaq ümidinin üstündən cəmi 5 dəqiqə sonra xətt çəkilib. Müller müdafiəmizin və qapıçımızın səhvindən ustalıqla istifadə edib - 1:2
Almanlar bu qoldan sonra da hücumlarına ara verməyib. İlk hissənin son dəqiqəsində Qomes hesab arasındakı fərqi iki topa çatdırıb. Komandalar fasiləyə bu hesabla gedib.
İkinci hissə də birincidən fərqlənməyib. "Alman maşını" yenə oyuna dominantlıq edib. Prosineçkinin etdiyi dəyişikliklər də matçın gedişinə təsir göstərə bilməyib. İkinci hissənin 81-ci dəqiqəsində isə Şürrle böyük hesablı məğlubiyyətimizə imza atıb. Azərbaycan - Almaniya 1:4. Yığmamız DÇ-2018 mərhələsində almanların qapısına ilk qol vuran komanda kimi yadda qalıb.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA