Moskvadan sonra Sankt-Peterburqda iğtişaşlar başladı: saxlanılanlar var

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən etiraz aksiyası zamanı 131 nəfər saxlanılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlmatına görə, icra hakimiyyəti ilə razılaşdırılmamış mitinq keçirməyə cəhd edən 131 nəfər tutularaq polis idarəsinə aparılıb.

 

Müxalifətin təşkil etdiyi aksiyada 3 minədək insan iştirak edib.

 

Qeyd edək ki, bu gün Moskvada müxalif  "Tərəqqi" partiyasının  üzvləri icazəsiz etiraz aksiyası keçirməyə cəhd ediblər. Nəticədə 500 etirazçı saxlanılıb, 1 polis əməkdaşının yaralandığı bildirilir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR