Bulvarda intihar: özünü dənizə atan şəxs köməkdən imtina etdi

Bakıda intihar hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, Dənizkənarı Milli Park ərazisində 1 nəfər özünü dənizə atıb.

Hadisə yerinə dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Şahidlərin bildirdiyinə görə, özünü dənizə atan şəxs onu xilas etmək üçün ətrafdakıların atdığı xilasedici ip və təkərlərdən tutmaqdan imtina edib və batıb.

Meyiti sudan çıxarılan şəxsin kimliyi məlum olub. İntihar edən şəxs İsmayıllı rayon sakini, 1978-ci il təvəllüdlü Osmanov Kərəm Oruc oğludur. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR