Ukraynadan Rusiyaya "Eurovision" şərti: Elə müğənni tapın ki...

Ukrayna hakimiyyəti Rusiyanın bu ölkədə keçiriləcək "Eurovision" mahnı yarışmasında Rusiyanın iştirakı məsələsinin həlli variantını təklif edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ukrayna baş nazirinin müavini Vyaçeslav Kirilenko deyib ki, bunun üçün Rusiya müsabiqəyə Ukrayna qanunvericiliyi ilə hər hansı bir problemi olmayan iştirakçı göndərməlidir.

 

O, eyni zamanda Rusiyanın "Eurovision" müsabiqəsində iştirakı ətrafında yaranmış problemi rəsmi Moskva tərəfindən düşünülmüş provokasiya adlandıraraq, bunun Ukraynadakı vəziyyəti destabilləşdirməyə yönələn addım kimi dəyərləndirib.

 

Xatırladaq ki, Rusiya tərəfi müsabiqəyə Yuliya Samoylovanı göndərməyi planlaşdırsa da, sonradan onun Ukrayna ərazisinə 3 illik giriş qadağasının mövcudluğu üzə çıxıb. Bu qadağanın qoyulmasına səbəb isə Y. Samoylovanın 2015-ci ildə Rusiya tərəfindən ilhaq edildikdən sonra Krım ərazisindəki festivalda iştirakı göstərilib. 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR