Ağac çiyninə düşüb yaraladı, qolunu kəsdilər - ŞƏKİDƏ BƏDBƏXT HADİSƏ
Şəkidə dağlıq meşəlik əraziyə odun qırmaq üçün gedən 45 yaşlı kişinin başına bədbəxt hadisə gəlib.
APA TV-nin məlumatına görə, hadisə ötən gün günorta saatlarında rayonun Kiş kəndində, dağlıq meşəlik ərazidə baş verib. Yaxın qohumu ilə dağlıq meşəyə odun qırmağa gedən Kiş kənd sakini, 45 yaşlı Salman Lətifov balta ilə ağac kəsən zaman ehtiyatsızlıqdan ağac onun sol qolu üstünə düşüb. Salman Lətifov yaxın qohumunun köməkliyi ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada müayinə zamanı məlum olub ki, Salman Lətifov sol qolun bazu sümüyünün çoxsaylı qəlpəli sınığı xəsarəti alıb.
Sol qolu amputasiya edilən Salman Lətifovun müalicəsi xəstəxananın cərrahiyə şöbəsində davam etdirilir.
Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA