Bolqarıstan Türkiyə ilə sərhədləri bağladı - GƏRGİNLİK
Bazar günü Bolqarıstanda parlament seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində Bolqarıstan hökuməti bəzi siyasi partiyaların tələblərini nəzərə alaraq, ikili vətəndaşlığı olan türklərin ölkə ərazisinə daxil olmasına qadağa qoyub.
Bəzi bolqar siyasi partiyaları Türkiyədə yaşayan, ikili vətəndaşlığı olan seçicilərin bazar günü ölkəyə gələrək səs verməsinə etiraz ediblər. Bu partiyalar Bolqarıstan-Türkiyə sərhəd keçid məntəqələri qarşısına toplaşaraq aksiya keçirirlər.
Rəsmi Sofiya bu tələbləri nəzərə alaraq, təhlükəsizlik amilini bəhanə gətirməklə ikili vətəndaşlığı olan seçicilərlə yanaşı türk jurnalistlərin də ölkəyə gəlməsinə qadağa qoyublar.
Qeyd edək ki, parlament seçkilərində türklərin Hüquq və Azadlıqlar Hərəkatı Partiyası ilə Məsuliyyət və Tolerantlıq üçün Demokratlar Partiyası da iştirak edir.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA