WSJ: Maykl Flinn Güləni Türkiyəyə təhvil vermək üçün Ankaradan 500 min dollar alıb
Prezident Donald Trampın sabiq köməkçisi, general Maykl Flinn Türkiyə siyasiləri ilə Fətullah Gülənin rəsmi ekstradisiya prosesi olmadan Ankaraya təhvil verilməsi məsələsini müzakirə edirmiş. "World Street Journall"ın yazdığınıa görə, Maykl Flinn Türkiyənin maraqlarını lobbiləşdirmək üçün 500 min dollar ianə alıb.
Bu sensasiyalı xəbərin mənbəyi Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Robert Ceyms Vulsidur. MKİ direktoru Türkiyə rəsmiləri ilə keçirilən görüşlərdə şəxsən iştirak etdiyini deyib.
Vulsi "World Street Journall"a bildirib ki, o sentyabrın 19-da keçirilən görüşlərə qatılıb, müzakirə olunan məsələni isə qanunsuz və şübhəli hesab edir. MKİ direktoru qeyri-rəsmi danışıqlarda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun da iştirak etdiyini deyib.
Nəşr tərəflərin danışıqlarda konkret nəticəyə gəlmədiklərini vurğulayır. Maykl Flinnin nümayəndəsi Prays Floyd isə deyib ki, general heç kimlə qanunazidd əməl kimi ehtiva olunacaq danışıqlar aparmayıb.
Xatırladaq ki, bir müddət əvvəl The New York Times nəşri Maykl Flinnin Trampın seçki kampaniyası dövründə Türkiyənin maraqlarını müdafiə etmək üçün 500 min dollar aldığını yazıb. General bu məbləğ müqabilində Gülən haqqında informasiya toplamağa yardım etməli imiş. Ağ Evdən bildiriblər ki, Tramp sabiq köməkçisinin Ankaranın maraqlarını müdafiə etmək üçün gördüyü işlər barədə məlumatsızdır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA