"Brent" neftinin qiyməti 51 dollardan aşağı düşdü

Birja həftəsinin son iş günü "Brent" neftinin qiyməti 51 dollardan aşağı düşüb. Bu markadan olan neft uzun fasilədən sonra ilk dəfə həftəni 50,96 dollarla başa vurub. Həftə ərzində ucuzlaşan Qərbi Texas nefti də bu tendensiyanı dayandıra bilməyib. Son hərracda WTİ nefti 48,10 dollardan satılıb.

 

Qeyd edək ki, ötən həftənin son hərraclarında "Brent" nefti 51,70 dollardan, WTİ nefti isə 48,40 dollardan satılmışdı.

 

Qiymətlərin ucuzlaşması göstərir ki, OPEK üzvləri və quruma üzv olmayan ölkələrin sabah keçiriləcək görüşü belə birjalarda ümid hiss doğurmur. OPEK üzvləri arasında hasilatın azaldılmasına dair öhdəliklərin icrasından narazılıq var, sabah keçirilən görüşə bu narazılıqlar öz təsirini göstərəcək. İştirakçı dövlətlər hasilatı iyul ayından etibarən bir qədər də azaltmaq barədə şifahi razılaşma əldə etsələr belə, bu amilin qiymətlərə pozitiv təsiri az olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR