Samvel Babayan həbs edildi

İrəvan məhkəməsi qondarma "Dağlıq Qarabağ Respublikası"nın sabiq müdafiə naziri Samvel Babayan barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Babayanın vəkili Avetis Kalaşyanın sözlərinə görə, müştərisi və daha iki şəxs "İqla" zenit-raket kompleksinin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıblar.

 

Vəkil qeyd edib ki, S.Babayan özünü təqsirli bilmir, işin detalları isə bu gün açıqlanacaq.
 

Qeyd edək ki, Samvel Babayan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. İstintaq araşdırması nəticəsində məlum olub ki, zenit-raket kompleksini Ermənistana gətirən şəxslər S. Babayanla əlbir olub, onun sifarişi ilə hərəkət ediblər. Hazırda zenit-raket kompleksinin əldə edilməsinin motivləri, mümkün hədəfləri və maliyyə mənbəyi öyrənilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR