Türkiyə millisindən qələbə - Ərdoğan futbolçularla görüşdü

DÇ-2018-in seçmə mərhələsində Türkiyə millisi Finlandiya yığması ilə qarşılaşıb. Oyundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan millinin üzvləri ilə görüşüb, onlara uğur arzulayıb.

 

Türkiyə millisi oyunun taleyini ilk 15 dəqiqə ərzində Cenk Tosunun qolları ilə həll edib. İlk qol 9-ci dəqiqədə vurulub. Bundan dörd dəqiqə sonra Cenk Tosun hesab arasındakı fərqi artırıb.

 

Bundan sonra qarşılaşmada qol olmayıb və Türkiyə millisi 2:0 hesablı qələbə qazanıb. Qardaş ölkə yığması növbəti turda səfərdə Kosovo millisi ilə qarşılaşacaq.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR