Keçmiş məhkumun evindən narkotik və silah tapıldı
Neftçala rayon sakinindən külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana və 2 ədəd ov tüfəngi götürülüb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Birinci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman evin birinci mərtəbəsində 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Həmçinin evdən 12 və 16 kalibrli 2 ədəd qanunsuz ov tüfəngi tapılıb.
Faktla bağlı Neftçala rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:05
445
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
565
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
564
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
14:39
1122
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10:29
1202
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA
17:40
1726