Almaniya millisi Bakıda

DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır. APA TV-nin məlumatına görə, martın 24-də Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra gecə saatlarında Azərbaycana çatıb. Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları “Boulevard Hotel”ə yollanıblar.

 

Almaniya yığması Bakıdakı yeganə məşqinə bu gün saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan-Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR