Hüsnü Mübarək azadlığa buraxıldı

Misirin sabiq prezidenti Hüsnü Mübarək məhkəmə qərarı ilə bu gün azadlığa buraxılıb. APA TV-nin məlumatına görə, məhkəmə dünən Hüsnü Mübarəkin günahsız olduğu barədə qərar çıxarıb, qərarın icrası bu gün həyata keçirilib. Sabiq prezidentin vəkili Qahirədə hərbi hospitalda olan Mübarəkin səhər saatlarında vertolyotla Heliopolisdəki evinə aparıldığını açıqlayıb.

 

Qeyd edək ki, Hüsnü Mübarək "Ərəb baharı"ndan sonra azadlığa buraxılan ilk dövlət başçısıdır. Məhkəmə sabiq prezidenti ölüm hökmünə məhkum etmiş, sonradan bu hökm 30 illik həbs cəzası ilə əvəzlənmişdi. Altı ildir həbsdə olan Mübarək onu hakimiyyətdən devirmiş Əbdülfəttah Sisi tərəfindən sərbəst buraxılıb.

 

Mübarəkin azadlığa buraxılmasından bir qədər sonra Qahirədə ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölən və yaralananların olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR