Bacı və qardaş Hacıqabulda qəzaya düşdü - ELÇİLİYƏ GEDİRDİLƏR
Lənkərandan Qazaxa elçiliyə gedən ailə üzvləri Hacıqabul rayonu ərazisində qəzaya düşüblər. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza nəticəsində bacı və qardaş ağır yaralanıb. Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş verib. “Opel” markalı "99 DA 226" dövlət nömrə nişanlı avtomobil “KaMAZ” markalı "24 BE 964" dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlər - Lənkəran rayonunun Nüvədi kənd sakinləri, 1969-cu il təvəllüdlü Məmmədova Yeganə Şöyüb qızı və onun qardaşı 1963-cü il təvəllüdlü Məmmədova Atəş Şöyüb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
TƏCİLİ: Tərtərdəki dəhşətli hadisə ilə bağlı bir nəfər SAXLANILDI
Rusiyadan Ermənistana Azərbaycan üzərindən YÜK GÖNDƏRİLDİ
10 yeni stansiya tikiləcək – RƏSMİ AÇIQLAMA