Liviya sahillərində iki gəmi batdı, 250-dən artıq mühacir öldü

Liviya sahilləri yaxınlığında iki qayığın batması nəticəsində 250-dən artıq mühacir həlak olub. APA TV-nin məlumatına görə, xilasetmə tədbirləri zamanı cəmi 5 mühacirin meyiti sudan çıxarılıb. İtaliya Sahil Mühafizə Xidməti 5 mühacirin ölümü xəbərini təsdiqləyib, lakin mühacirlərin hansı səbəbdən öldüyünü açıqlamayıb. Qayıqlar qeyri-leqal mühacirləri daşıdığından batan zaman fəlakət siqnalı verə bilməyiblər. Hər iki qayıqda ayrı-ayrılıqda 100-dən çox mühacirin olduğu təxmin edilir. Xilasetmə işləri davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR