Çeçenistanda silahlı basqın: Rusiya Milli Qvardiyasının 6 hərbçisi öldürüldü

Çeçenistanın Naur rayonu ərazisində silahlı insident baş verib. APA TV-nin məlumatına görə, naməlum silahlılar Rusiya Milli Qvardiyasının hərbi hissəsinə hücum ediblər. Gecə saatlarında 8 silahlı hərbi hissəyə daxil olmağa cəhd edib. Qvardiya əsgərləri silahlılara müqavimət göstəriblər. Təxminən 40 dəqiqə baş verən atışmada basqın edənlərdən 6 nəfər öldürülüb, iki nəfər isə ərazidən uzaqlaşmağa müvəffəq olub. Rusiya Milli Qvardiyası 6 nəfər itki verib. Rusiya Milli Antiterror Mərkəzi şəxsi heyət arasında çoxlu sayda yaralıların olduğunu bildirir. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR