Almaniya Türkiyəyə silah satışına qadağa qoydu - EMBARQO

Almaniya Türkiyəyə "Leopard" tankları üçün mühafizə sistemləri satılmasına qadağa qoyub. APA TV-nin məlumatına görə, qadağa Türkiyəyə bu sistemləri satan şirkətə tətbiq edilib. Şirkətin nümayəndəsi Armin Papperger deyib ki, Almaniya hökuməti Türkiyəyə mühafizə sistemləri satışına dair sazişi rədd edib.

Qeyd edək ki, Türkiyə İŞİD-lə mübarizədə zərər çəkən "Leopard" tanklarının təmiri üçün Almaniya şirkətlərindən mühafizə sistemləri satın almaq niyyətində idi. Ankara bununla bağlı danışıqların davam etdiyini açıqlamışdı.

Almaniya mətbuatının yazdığına görə, Almaniya Türkiyəyə yüngül silahların satışına da qadağa qoyub.

Türkiyənin müdafiə naziri Fikri İşıq bu qərarları pisləyib. Almaniyanın NATO çərçivəsində Türkiyənin müttəfiqi olduğunu xatırladan Fikri İşıq bildirib ki, İŞİD terrorçularının alman silahlarından istifadəsi faktı mövcuddur. "Almaniya hökumətinin terrorçuların alman silahlarını haradan əldə etdiyi faktını araşdırmaq əvəzinə Türkiyəyə silah satışına qadağa qoyması düşündürücüdür" deyə nazir əlavə edib. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR